23
января
2018
21:08
Arıqlamaq üçün istifadə olunan bu dərman adamı ÖLDÜRÜR - Qadağan olundu
Rusiyada arıqlamaq üçün nəzərdə tutulmuş DNP (Dinitrofenol) preparatının satışı ilə məşğul olan sayt bağlanıb.
BAKU.WS xəbər verir ki, Rusiya İstehlakçıların Hüquqlarının Müdafiəsi sahəsində Federal Nəzarət Agentliyi bu dərman preparatının ölümcül təhlükəli olduğunu bildirib. Agentliyin məlumatına görə, reklam sayəsində məşhurlaşan arıqladıcı preparat hər hansı bir dərman, qida əlavəsi və ya idman qidası kimi qeydiyyata alınmayıb. Dərmanın tərkibində ağac və parçaların rəngləməsində istifadə olunan rəngləyicilərin olduğu bildirilir.
DNP preparatının qəbul oluması zamanı həzm sisteminin pozulması, bədən temperaturunun kəskin artması və dəri zədələnmələri müşahidə edilib. Bundan başqa, ağciyər və beyin şişi nəticəsində ölüm hallarının qeydə alındığı bildirilib.