12
марта
2020
19:50
Dərman qəbul edənlər bu meyvələri yeməsin - SƏBƏB AÇIQLANDI
Bir çox sitrus meyvələri və onların şirələri, xüsusilə qreypfrut bir çox dərman preparatlarının qəbulu zamanı təhlükəli əks təsirlər yarada bilər.
Qreypfrutun dərmanlarla kimyəvi birləşməsinin belə təsiri barədə hələ 20 il əvvəl məlumat verilmişdi.
MAY.AZ medicina.az-a istinadən xəbər verir ki, ayrılıqda qreypfrut və sitrus meyvələri faydalıdır.
Amma problem meyvədə olan furamokumarin adlı birləşmənin həzm sisteminə təsirindən başlayır.
Bəzi dərmanlar qan dövranına düşənə kimi 2 dəfə maddələr mübadiləsindən keçir. Bu zaman dərmanın təsiretmə faizi təbii olaraq, bir neçə faiz azalır.
Məsələn, yüksək təzyiq dərmanları metobolik proseslərdən keçdikdən sonra dozanın mənimsənilməsi 15% azalır. Bu əslində normaldır.
Dərmanları qəbul edən xəstə qreypfrut və sitrus meyvəsi yedikdə dərmanın təsiredici maddəsinin nazik bağırsaq və qaraciyərdə aktivliyi artır və insanda dərman dozasının aşılması prosesi baş verir.
Yəni dərman lazım olduğundan çox mənimsənilir.
Sitrus meyvələri dərmanın təbii mənimsənilməsinin təhlükəsiz səviyyəsini pozur.
Hansı xəstələr ehtiyatlı olmalıdır:
- Hormonal dərmanlar qəbul edən qadınlar
- Antidepressantlar qəbul edənlər
- Hipertoniklər – təzyiq dərmanları qəbul edənlər
- Xərçəng əməliyyatından sonra dərman müalicəsi alanlar
- Hamilələr
- Ürək damar əməliyyatı keçirənlər