23
января
2018
00:47
İlhamə Quliyevanın adına şərab buraxıldı - Foto
Mərhum Xalq artisti İlhamə Quliyevanın adına şərab istehsal olunub.
Publika.az xəbər verir ki, sənətkarın şərəfinə məhdud sayda buraxılan şərab tezliklə restoranların birində təqdim olunacaq. Bu barədə Hacı Quliyev adlı şəxs sosial şəbəkədə məlumat verib:
“Mərhum sənətkar, Xalq artisti, Şərəf və Şöhrət ordenli müğənni İlhamə Quliyevanın üzərində öz şəxsi imzası olan şərab Almaniyada məhdud sayda istehsal olunub. Tezliklə restoranların birində təqdim olunacaq”.
Şərabın üzərində “Madonna of Azerbijan” sözləri və Xalq artsitinin şəkli xüsüsi diqqət çəkib.