Ucarda ata və oğul bıçaqlandı - Ata öldü
Hadisə 716

Ucarda ata və oğul bıçaqlandı - Ata öldü

Ucarda ata və oğul bıçaqlandı - Ata öldü


Ucarda ata və oğul bıçaqlanıb.

BAKU.WS-in APA-ya istinadən xəbərinə görə, hadisə ötən gecə, saat 23:30 radələrində rayon ərazisində baş verib.

Şəhərin Heydər Əliyev prospekti, ev 92 ünvanında yaşayan 1959-cı il təvəllüdlü Tehran Salman oğlu Zahidov və oğlu, 1982-ci il təvəllüdlü Samir Tehran oğlu Zahidov bıçaq xəsarətləri ilə ağır vəziyyətdə Ucar Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.

T. Zahidovun ürək nahiyəsindən aldığı xəsarət ağır olduğundan o, xəstəxanada ölüb. Oğlu S. Zahidov isə Göyçay Mərkəzi Rayon Xəstəxanasına aparılıb.

Hadisənin baş vermə səbəbi hələlik məlum deyil. Hazırda hüquq-mühafizə orqanları hadisə yerində araşdırma aparır.

Oxşar xəbərlər

Son xəbərlər

Кликните на изображение чтобы обновить код, если он неразборчив