Barkod
Muxtelif 932

Barkod

Barkod



Barkod (en. barcode) - marketlərdən aldığımız malın üstündəki etiketdə qalınlıqları fərqli şaquli cizgilər və bəzi rəqəmlər. Kassirlər bu malın etiketli tərəfini bir şüşənin üstündən keçirdir və ya etiketə bir işıq tutaraq qiymətlərini avtomatik olaraq hesablayıb kassaya yazırlar.

Barkodlar əvvəllər marketlər üçün əməliyyatları sürətləndirmək və anbarlara daha güclü nəzarət etmək üçün hazırlanmışdı. Ancaq sistem o qədər müvəffəq oldu ki, sürətlə hər cür satılan əşyaya tətbiq edilməyə başlandı. İndi super marketdən aldığınız və üstündə barkod olan hər hansı bir məhsulu əlinizə götürün və etiketə baxaraq izah edəcəklərimizi dinləyin.

Gördüyünüz kimi bir barkodda iki qisim var. 1- Makinanın oxuduğu şaquli cizgilər qismi, 2- İnsanların oxuya bildiyi 12 ədəd rəqəm. İlk altı rəqəm əşyanın identifikasiya nömrəsidir, istehsalçılar illik bir ödəniş qarşılığında bu kodları verən beynəlxalq bir təşkilatdan öz məhsullarına ala bilər.


"Wikipedia" barkodu
İkinci qrupdakı ilk beş rəqəm material nömrəsidir. Eyni kod birdən çox çeşiddəki mal üçün istifadə edilə bilməz. Yəni istehsalçının satdığı hər müxtəlif məhsulda, hər müxtəlif paketdə, hətta paketlərin yenidən paketlənmələrində hər zaman müxtəlif material nömrəsi verilir. Beləliklə, marketdə nə qədər mal satıldığı, anbarda nə qədər qaldığı həmişə nəzarət altında saxlanılır.

Məsələn, su konservi ilə su şüşəsinin kod nömrələri müxtəlifdir. Hətta qutuda 6, 12 və ya 24 ədəd olması belə fərqli kodların verilməsi ilə nəticələnir. Sağdakı ən axırıncı rəqəm isə nəzarət nömrəsidir. Bu nömrə bütün yoxlanan şaquli cizgilərlə yaddaşa yazılan məlumatın oxunmasını təmin edir.

Göründüyü kimi, barkodun üzərində malın qiyməti ilə əlaqəli hər hansı bir məlumat yoxdur. Kassir barkodu oxutduqda siqnal sistem daxilində mərkəzə göndərilir, buradakı kompüter barkod nömrələrinə görə daxil olunmuş və hər zaman dəyişdirilə bilən qiymət məlumatlarını dərhal kassaya göndərir. Bu mərkəz mağazadakı malların qiymətlərini hər zaman dəyişdirmə imkanını təmin etməkdədir.

Müxtəlif qalınlığı olan şaquli qalın və nazik cizgilər ilə aralarındakı boşluqlar, müxtəlif kombinasiyalarla düzülərək hər biri bir rəqəmi təmsil edir, yəni aşağısındakı rəqəmin kompüter tərəfindən oxunmasını təmin edir. Ən geniş yayılmış barkodlar 13-mərtəbəli Avropa kodu EAN-13 (European Article Numbering) və ABŞ ilə Kanadada tətbiq olunan UPC kodudur. EAN-13 kodunun strukturu belədir: 1. Ölkənin kodu 2. İstehsalçının kodu 3. Malın kodu 4. Nəzarət rəqəmi 5. Lisenziya əsasında hazırlanmış malın işarəsi Ölkə və istehsalçının kodlarındakı rəqəmlərin sayı dəyişə bilər. Bu sistemdə Azərbaycanın kodu 476-dır. Barkod optik skaner vasitəsilə oxuna bilər və bundan kitabxanalarda, mağazalarda və başqa müəssisələrdə informasiyanın tez və səhvsiz daxil edilməsi məqsədilə istifadə edilə bilər.

Oxşar xəbərlər

Son xəbərlər