DİQQƏT! Qara çay içənlərlə bağlı VACİB AÇIQLAMA
Xeberler 328

DİQQƏT! Qara çay içənlərlə bağlı VACİB AÇIQLAMA


Yeni bir araşdırmaya görə, çay içənlərin ölüm riski daha azdır.
ABŞ alimləri hər gün çay içən insanların içməyənlərə nisbətən ölüm riskinin 9-13 faiz daha az olduğunu aşkar ediblər.
Elmi araşdırma 2006-2010-cu illərdə daha çox çay içən britaniyalılar arasında aparılıb və araşdırmaya qatılan təxminən 500 min insan 11 il ərzində izlənilib.
ABŞ Milli Sağlamlıq İnstitutunun (NIH) alimləri 2006-2010-cu illər arasında Böyük Britaniyanın "Biobank" məlumat bankından istifadə edərək, 40-69 yaş arasında olan 498.043 insan arasında çay içmə vərdişləri ilə bağlı sorğu keçiriblər. Sorğunun respondentləri 2022-ci ilə qədər izlənilib. Elm adamları öz nəticələrini açıqlayaraq, gündə ən azı iki dəfə çay içən insanların ölüm riskinin 9-13 faiz azaldığını bildiriblər. (Yenisabah.az)

Son xəbərlər