Yol hərəkəti qaydalarını pozan piyadalara qarşı reyd keçirildi
Xeberler 922

Yol hərəkəti qaydalarını pozan piyadalara qarşı reyd keçirildi

Yol hərəkəti qaydalarını pozan piyadalara qarşı reyd keçirildi


Mingəçevir şəhər Polis şöbəsinin Dövlət Yol Polisi bölməsi hərəkətin intensiv olduğu ərazilərdə yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və piyadaların vurulması ilə nəticələnən yol-nəqliyyat hadisələrinin qarşısının alınması məqsədilə profilaktiki reyd keçirib.

Bu barədə Milli.Az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti Şəki regional qrupundan məlumat verilib.

Reyd zamanı piyada keçidlərindən istifadə etməyərək öz həyatları ilə bərabər, digər hərəkət iştirakçılarına da ciddi təhlükə yaradan piyadalar saxlanılıb, onlarla DYPB-nin əməkdaşları tərəfindən maarifləndirici söhbətlər aparılıb. Həmin piyadalara yol hərəkətinin təhlükəsizliyi barədə məlumatlar verilib.

Son xəbərlər