13
декабря
2017
19:34
Nazirlər Kabinetində ştat sayı artırılıb
Nazirlər Kabineti aparatının strukturunda ştatların sayı artırılıb.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, bu, Nazirlər Kabinetinin “Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının strukturunun ştat cədvəli”ndə dəyişiklik edilməsi barədə 24 noyabr 2017-ci il tarixli qərarında əksini tapıb.
Nazirlər Kabinetinin 8 sentyabr 2017-ci il tarixli qərarı ilə təsdiqlənən “Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının strukturunun ştat cədvəli”ndə 200 ştat olub. Dəyişikliyə əsasən ştatların sayı 205-ə çatdırılıb.
Yeni qərara əsasən baş nazirin köməkçilərinin sayı 7 nəfərdən 3 nəfərə endirilsə də, baş nazirin birinci müavininə daha bir köməkçi və 4 yeni baş məsləhətçi ştatları ayrılıb, Nazirlər Kabinetinin Hüquq şöbəsində aparıcı məsləhətçi ştatı yaradılıb. Normativ hüquqi aktların sistemləşdirilməsi və arxiv işi üzrə sektorda da böyük məsləhətçilərin sayı artırılaraq 2 nəfərə çatdırılıb. Müraciətlərin və vətəndaşların qəbulu sektorunda da baş məsləhətçilərin sayı daha bir nəfər artırılaraq 2 nəfərə çatdırılıb.