Maşın bazarında hazırkı durum
Sosial 884

Maşın bazarında hazırkı durum

Maşın bazarında hazırkı durum


Noyabr ayı ərzində avtomobil bazarında satışlarda, eləcə də "online" avtomobil satışlarında aktivlik çox aşağı səviyyədə olub.

BAKU.WS xəbər verir ki, bu barədə Trend-ə əmlak üzrə ekspert Vaqif Hüseynov deyib.

F.Hüseynov bildirib ki, maşın bazarında ciddi durğunluq yaranır: "Proqnozlaşdırıldığı kimi ilin sonuna doğru ümumilikdə maşın bazarında durğunluq yaranır".

Ekspert bildirib ki, ilin sonuna doğru dollar-manat məzənnəsində dəyişikliyin olacağı ilə bağlı ehtimallar da bazara ciddi təsir göstərdi: "Bu gün demək olar ki, maşın alan yoxdur. Bazarda iki cür maşın satanlar var - avtomobil alqı-satqısı ilə məşğul olanlar və öz avtomobillərini satanlar. Öz avtomobillərini satanlar bazardan geri çəkildilər, çünki onlar düşündülər ki, əgər ilin sonuna doğru dollar-manat məzənnəsində dəyişiklik baş verərsə, o zaman onların avtomobillərini daha baha qiymətə satma ehtimalları var".

F.Hüseynovun sözlərinə görə, bazarda durğunluğun olmasına rəğmən, qiyməti 10 min manata qədər olan avtomobillərin qiymətində 20 faizə qədər artım baş verib: "Bu da dollar-manat məzənnəsində və digər məhsulların qiymətlərində artımın olacağı ehtimalları ilə bağlıdır".

Ekspert əlavə edib ki, qiyməti 10 min manatdan yuxarı olan avtomobillərin qiymətində ciddi dəyişiklik müşahidə edilməyib.

Son xəbərlər