Понедельник
фев 19

Bu məhsullar bahalaşacaq

Novruz bayramına təxminən bir ay qalıb. Xalqımızın milli bayramı olan Novruzda diqqət yetirilməli əsas məqamlardan biri də süfrə tərtibatıdır. İnanca görə, süfrənin bol-nemətli olması, həmin ilin ruzi-bərəkətli keçməsinə işarədir. Süfrələrin zəngin olması isə bayram təamlarının qiymətlərindən asılı olaraq dəyişir.


Novruz çərşənbələrinin tarixi AÇIQLANDI


Milli.Az xəbər verir ki, kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov İqtisadiyyat.az-a açıqlamasında təəssüf hissi ilə deyib ki, Azərbaycanda ərzaq məhsullarının qiyməti yüksək, əhalinin alıcılıq qabiliyyəti isə aşağıdır.


BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) yanvar ayında yaydığı məlumata əsasən, dünya bazarında əsas ərzaq məhsullarının qiymətində enmənin qeydə alındığını xatırladan ekspert bildirib ki, Azərbaycanda isə əksinə olaraq ərzağın qiyməti yenidən artıb:


"Azərbaycanda, ümumiyyətlə, istənilən malın məhsulu digər malın məhsulunun qiymətinə uyğun olaraq ya artırılır, ya da saxlanılır. Bu, istehsalçılarımızın və sahibkarlarımızın həm də istehlakçı olması ilə bağlıdır. Digər malın məhsulunun qiyməti artanda onlar da malının məhsulunun qiymətini qaldırırlar ki, gəlirləri artsın və digər xərclərini qarşılaya bilsinlər".


Ekspertin sözlərinə görə, çərəzlərin satışı ilə məşğul olan sahibkarlar bayram ərəfələrində bu məhsulların qiymətini nisbətən qaldırırlar.


V.Məhərrəmov deyir ki, çərəz və bayram süfrəsində istifadə olunan digər məhsullar qış aylarında anbarlarda saxlanılır, istehsal olunmur. Buna görə də onların qiyməti təbbi olaraq artır: "Bundan əlavə, istehsalımızda ciddi artım yoxdur və üstəlik fındıq məhsulu ixracında artım var. Bütün bunlar onu deməyə əsas verir ki, qarşıdan gələn Novruz bayramı ərəfəsində çərəz və bayram süfrəsini bəzəyən digər məhsulların qiymətində artım müşahidə olunacaq".

Комментарии (0)

Оставить комментарий