03
апреля
2020
22:19
Məşhur aktrisa da koronavirusa yoluxdu
Türkiyənin məşhur gənc aktrisası Cansın Çekili koronavirusa yoluxub.
Sonxeber.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, gənc aktrisa sosial şəbəkədəki səhifəsində yaşadığı çətin anları danışıb.
O, bildirib ki, 20 gün allergiya və bronxitlə mübarizə aparıb: "Öncə elə bildim ki, bronxit xəstəliyinə tutulmuşam. Amma dünən analizimin cavabı pozitiv çıxdı. Hazırda evdə karantindəyəm. Otağımdan çıxmıram. Çünki xəstəyəm deyə, canım anamla bacım mənə baş çəkməyə gəlirlər. Təklik çox çətindir. Amma bu virusa kimisə yoluxdurmağa haqqımız yoxdur. Öskürməkdən sinəm ağrıyır. Ən çox sevdiyim şokaladdan heç bir dad ala bilmirəm. Hər gün vurduğum ətirlərə yaxın gedə bilmirəm. Çünki qoxu hissimi də itirmişəm. Keçirdiyim bu ağır günlərdə bir daha sağlamlığın nə qədər önəmli olduğunu anladım".