Prezidentin layihəsini 11 ildir qəbul etməyən məmurlar kimdir?
Xeberler 862

Prezidentin layihəsini 11 ildir qəbul etməyən məmurlar kimdir?

Prezidentin layihəsini 11 ildir qəbul etməyən məmurlar kimdir?


“Ölkədə qiymət siyasəti olmalıdır. Rusiyada çörəyin qiyməti artanda, Prezident Vladimir Putin kənd təsərrüfatı nazirini çağırır, səbəbini soruşur. O da taxıl qıtlığının olmasını əsas gətirir. Soruşur ki, nə qədər taxıl lazımdır? Sonra Putin göstəriş verir ki, bazara verilən taxıl miqdarı artırılsın. Bununla da problem həllini tapdı”.

BAKU.WS-in məlumatına görə, bu sözləri Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, deputat Vahid Əhmədov Report-a müsahibəsində deyib.

Vahid Əhmədov neftin qiyməti dünya bazarında yüksəlsə də, bunun, Azərbaycanda tələbat mallarının qiymətinə təsir etməməsinin, hətta qiymətlərin daha da artmasının səbəbini açıqlayıb.

Millət vəkilinin sözlərinə görə, qiymət artımının səbəblərindən biri də əlavə dəyər vergisidir.

“Bütün məhsullara əlavə dəyər vergisi qoyulur. Niyə bütün məhsullara 18 faizlik əlavə dəyər vergisi qoyulmalıdır? Məsələn, gündəlik tələbat mallarına da, avtomobilə, mebelə də, qızıla də niyə eyni dəyər vergisi tətbiq edilməlidir? Biz gündəlik avtomobil, mebel almırıq ki... Amma gündəlik pendir, yağ və s. məhsullar alınır. Gündəlik tələbat malları istisna olmaqla, digərləri üçün əlavə dəyər vergisini 35-40 faiz edin, məsələ həll edilsin. Yəni dövlət bunu edə bilər. Gömrük rüsumu 0-15 faiz arasındadır. Hamısı 15 faiz qoyula bilərdi, niyə etmədik bəs? Ona görə 0-15 faiz qoyulub ki, bazara uyğun tətbiq olunsun. Məsələn, bazarda qiymətlərdə problem olanda, rüsum götürülə bilər. Yəni rüsum 15 deyil, 3-5 faiz də müəyyən edilə bilər, 0-15 faiz buna görə müəyyən olunub. Biz hər şeyi İqtisadiyyat Nazirliyinin üzərinə də qoya bilmərik. Bu problemi hökumət həll etməlidir”, - deyə millət vəkili bildirib.

Vahid Əhmədov prezident İlham Əliyev tərəfindən 2006-cı ildə Milli Məclisə təqdim edilən Rəqabət Məcəlləsinin 11 il keçməsinə baxmyaraq hələ də qəbul edilməməsi barədə da danışıb.

“Deyirlər, Azərbaycanda inhisar yoxdur. Bəs 10 ildir, Rəqabət Məcəlləsini qəbul edə bilmirik, qanun layihəsi Milli Məclisdə birinci oxunuşdan keçib, amma iki və üçüncü oxunuş qalıb. Demirəm ki, Rəqabət Məcəlləsi qəbul olanandan sonra birdən-birə inhisarçılıq aradan qaldırılacaq. Amma bazarda müəyyən qədər azad rəqabəti yaratmaq olar. Yol xəritəsində göstərilib ki, Rəqabət Məcəlləsi 2017-2021-ci illər ərzində qəbul edilməlidir. Niyə 2018-ci ildə qəbul edilmir? Hərə bir-birinin üstünə atır, bu məcəllənin qəbulunda maraqlı deyillər. Amma Prezident İlham Əliyev bu məsələyə bir neçə dəfə toxunub”, - Vahid Əhmədov qeyd edib.

Millət vəklinin sözlərinə görə, məmur dirənişi olmasaydı, məcəllə indiyə qəbul olunmuşdu: “Bu məcəllə bizim üçün çox böyük əhəmiyyət kəsb edir. Bu məcəllə qəbul edilməlidir. O dəfə mənə deyirlər ki, bunun üçün orqan yaradılmalıdır. Mən də dedim ki, məcəllə qəbul olunsun, sonra digər işlər görülər. Təklif etdim ki, bu orqan birbaşa Prezidentə tabe olsun, göstərişi yalnız Prezident versin. Bazar iqtisadiyyatının təməl prinsiplərindən biri azad rəqabətdir”.

Son xəbərlər