23
ноября
2017
19:10
Cinayət törədib qaçan əsgərin ölümü ilə bağlı RƏSMİ AÇIQLAMA
Azərbaycan Müdafiə Nazirliyi meyiti Ermənistan silahlı qüvvələrinin mövqeləri yaxınlığında qalan azərbaycanlı əsgərlə bağlı mlumat yayıb.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, hərbi cinayət törətdikdən sonra xidmət yerini özbaşına tərk edən, 05.01.2017-ci il tarixdə Sədərək rayonundan həqiqi hərbi xidmətə çağırılmış əsgər Cəlilbəyli Bəhrüz Pərviz oğlunun (27.11.1998-ci il təvəllüdlü) meyitinin Ermənistan-Azərbaycan dövlət sərhədinin Naxçıvan Muxtar Respublikasının Ordubad rayonu istiqamətindəki qoşunların təmas xəttində, Ermənistan silahlı qüvvələrinin mövqeləri yaxınlığında olduğu müəyyən edilib.
Açılmış cinayət işi üzrə istintaq davam etdirilir.