"Kristal Abşeron"dan fantastik kommunal qiyməti - Tarif Şurasının təyin etdiyindən 7 dəfə baha
Xeberler 698

"Kristal Abşeron"dan fantastik kommunal qiyməti - Tarif Şurasının təyin etdiyindən 7 dəfə baha

"Kristal Abşeron"dan fantastik kommunal qiyməti - Tarif Şurasının təyin etdiyindən 7 dəfə baha


Bir müddətdir ki, "Kristal Abşeron" MTK sakinlərin istifadəsinə verdiyi binalarda kəskin qiymət artımı edib.

Sakinlərin sözlərinə görə, "Kristal Abşeron" Xırdalan şəhərindəki yaşayış kompleksində isitilik sisteminin və isti suyun qiymətlərini bir neçə dəfə qaldırıb.

BAKU.WS-in məlumatına görə, sakinlər bildirir ki, "Kristal Abşeron" istilik sistemi və isti suyun qiymətini Tarif Şurasının təyin etdiyi qiymətdən dəfələrlə baha qiymətə satır.

Onların sözlərinə görə, "Kristal Abşeron" onlarla bağlanan müqavilə şərtlərinə əməl etmir: "Tarif Şurasının qərarından sonra MTK isti suyun kubmetrini 2 manat 30 qəpiyə qaldırb. İndi isə isti suyun kubmetrinin qiyməti 3 manat 50 qəpikdir. istilik sisteminin qiyməti isə 80 qəpiyə qaldırılıb."

Sakinlərin şikayəti və “Kristal Abşeron”un həyata keçirdiyi qiymət artımı ilə bağlı millət vəkili Vahid Əhmədov BAKU.WS-ə bildirdi ki, MTK-larla əlaqədar xüsusi qanun qəbul olunub və həmin qanuna görə, yeni binaların hamısında şuralar yaradılmalıdır.

“Şuralarda qiymətlər sakinlərlə razılaşdırılmalıdır. Ümumiyyətlə, təklif vermişik ki, MTK-larda isti su və ya digər məsələlərlə əlaqədar istənilən qiymət qoyulduğu üçün tənzimləmə mexanizmi həyata keçirilsin. İstədikləri qiyməti qoyurlar, bu isə ciddi narazılığa səbəb olur. Bizə də bu barədə müraciətlər daxil olur. Qeyd edim ki, bu məsələ Milli Məclisin gündəliyindədir”, - deyə vahid Əhmədov bildirdi.

Millət vəkili onu da bildirdi ki, qiymətlərin müəyyən edilməsi bazar iqtisadiyyatı olduğu üçün qanunla tənzimlənmir. Buna görə də MTK-larla əlaqədar ciddi problemlər, şikayətlər var.

"Kristal Abşeron"dan fantastik kommunal qiyməti - Tarif Şurasının təyin etdiyindən 7 dəfə baha

Qeyd edək ki, Tarif Şurasının qərarına əsasən, “Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyəti üzrə 1 kub metr su təchizatına görə (tullantı sularının axıdılması xidmətləri də daxil olmaqla) tarif ƏDV ilə birlikdə Bakı, Sumqayıt, Xırdalan şəhərləri və Abşeron rayonu üçün 0,50 manat, digər inzibati ərazi vahidləri üçün isə 0,45 manat təsdiq edilib.

“Kristal Abşeron”un ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Rəşad Qurbanov isə BAKU.WS-ə qiymət artımının səbəbini açıqladı: “Qazanxanalarda istifadə etdiyimiz qazın 1 kubmetri dövlət tərəfindən bizə 20 qəpikdən verilir. Yəni qiymətlər iki dəfə artırılıb. Məcburuq ki, qazanxana xərclərini ödəmək, işçilərin maaşaını vermək üçün qiymət artımı edək. Qazın qiyməti qalxmayana qədər qiymətləri qaldırmamışdıq. Biz istəmərik ki, sakinlərimiz narazı qalsın. Qiymət artımı ona görə edilib ki, yaranan xərclər müəyyən qədər qarşılansın”.

"Kristal Abşeron"dan fantastik kommunal qiyməti - Tarif Şurasının təyin etdiyindən 7 dəfə baha[/center
R.Qurbanov dedi ki, sakinlərə mənzillərinə kombi quraşdırılması təklif edilib: “Mənzilin bütün material xərcləri, usta xərclərini şirkət qarşılayır. Kombini isə sakin özü alır. Kombiləri də sifariş verərək Türkiyədən gətizdirmişik.”

Sakinlərlə imzalanan müqaviləyə gəlincə, Rəşad Qurbanov bildirdi ki, müqavilədə “tərəflər razılaşdırılır” ifadəsi yoxdur və müqavilədə qeyd olunub ki, ölkədə ümumi qiymət artımı olanda qiymətlər qaldırılacaq.

“Kristal Abşeron”un rəsmisi iddia edir ki, qiymət artımı edilməzdən əvvəl sakinlərlə danışıqlar aparılıb və razılıq əldə olunub.

[center]"Kristal Abşeron"dan fantastik kommunal qiyməti - Tarif Şurasının təyin etdiyindən 7 dəfə baha

Hüquqşunas Ələsgər Məmmədli isə şikayət edən sakinlərə tövsiyyə edib ki, hüquqları pozulubsa, mütləq məhkəməyə müraciət etsinlər.

“”Kristal Abşeron” hansı xidməti təklif etməsindən asılı olmayaraq sakinlərlə müqavilə bağlayır. Müqavilə şərtlərində “tərəflər qiyməti razılaşdırır” ifadəsi yoxdursa, sakin başqa heç nə edə bilməz, sadəcə bu xidmətdən imtina edə bilər. Qiymətin dəyişməsinə müdaxilə edə bilməz. Əgər müqavilə şərtləri pozulubsa, məhkəməyə müraciət etməlidir”, - deyə Ələsgər Məmədli bildirdi.

Oxşar xəbərlər

Son xəbərlər