21
ноября
2017
17:41
Ucuz qiymətə ev almaq istəyənləri sevindirən XƏBƏR
Bakıda reallaşdırılan sosial mənzil layihəsi regionlarda da həyata keçirilməlidir.
BAKU.WS-in trend-ə istinadən ve5rdiyi məlumata görə, bu təkliflə Milli Məclisin deputatı Aydın Mirzəzadə parlamentdə 2018-ci ilin dövlət büdcəsinin müzakirəsi zaman çıxış edib.
A.Mirzəzadə qeyd edib ki, regionlarda seçicilərlə görüşlər zamanı onlar da bu məsələnin həyata keçirilməsini istəyirlər.
A.Mirzəzadə həmçinin təhsil kreditləri məsələsinə toxunub: "Təhsil kreditləri ilə bağlı məsələ də neçə illərdir ki, müzakirə mövzusudur. Təhsil Nazirliyi də bununla bağlı müvafiq addımlar atır. Bu gün Azərbaycanda 162 min tələbə təhsil alır. Amma mənim bildiyim qədər ötən il ərzində cəmi 200 tələbə kredit imkanından yararlana bilib, bir sıra tələbələr isə təhsil haqqını ödəyə bilmədiyi üçün ali təhsil ala bilməyib. Bu, narahatlıq doğurur. Ona görə də bu məsələni həll etmək üçün Təhsilə Yardım Fondu yaradılmalıdır. Bunun məlum problemin həllinə çox böyük faydası olar".