01
июля
2016
15:02
FHN-dən rəsmi məlumat: Maşın bazarının 1/3 hissəsi yanıb
Fövqəladə Hallar Nazirliyi Bakı şəhəri, Xətai rayonunda ümumi sahəsi 3000 kv.m olan avtomobil ehtiyat hissələri satışı bazarında baş vermiş yanğınla bağlı məlumat yayıb.
May.Az-in FHN-nin saytına istinadən verdiyi məlumata görə, yanğın zamanı mağazaların, piştaxtaların yanar konstruksiyaları və içərisində olan müxtəlif boyalar və avtomobil ehtiyat hissələri 930 kv.m sahədə yanıb. Bazarın qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın saat 22:59-da yanğınsöndürənlər tərəfindən söndürülüb.