Türkiyə ölən rus pilotun ailəsinə ev verir
Xeberler 884

Türkiyə ölən rus pilotun ailəsinə ev verir

Türkiyə ölən rus pilotun ailəsinə ev verir


Türkiyədə ötən ilin noyabr ayında vurulan Rusiyaya məxsus "Su-24"ün öldürülən pilotunun ailəsinə ev verilir. ANS PRESS-in məlumatına görə, ev Türkiyənin turistik məkanlarından hesab edilən Kəmərdədir.

Bu, Antalya Kəmər bələdiyyəsinin təşəbbüsü olub. Ev paraşütlə vurulan təyyarədən xilas olan, lakin eniş zamanı qətlə yetirilən pilot Oleq Peşkovun ailəsinə təqdim ediləcək. Artıq bələdiyyə başçısı MHP-dən olan Mustafa Gül bu təklifi Rusiyanın Antalyadakı baş konsulluğuna çatdırıb.

Mustafa Gül konsul Aleksandr Tolstopyatenkonu öz ofisində ziyarət edib. O, özü ilə hədiyyə gətirib. "Münasibətlərimizin şirin olması üçün sizə şirniyyat gətirdim" deyə səfir, tablo və türk şirniyyatını konsula təqdim edib.

Tabloda Rusiya və Türkiyə bayraqları fonunda qucaqlaşan iki dəniz ulduzu təsvir edilib.

"Dövlət turizmin önünü açmaq üçün bu qədər iş görüb. Biz də belə bir jest etmək istədik. Kəmərdəki otellər və mülkilərin imzası ilə ölən pilotun ailəsinə ev verməyə qərar verdik. Bu təklif qəbul edilərsə, pilotun ailəsini Kəmərdə görmək bizi çox sevindirər", - bələdiyy başçısı əlavə edib.

Türkiyə ölən rus pilotun ailəsinə ev verir
Türkiyə ölən rus pilotun ailəsinə ev verir

Son xəbərlər