Artıq uşaqlara DÜZ OTUR deməyəcəksiniz
Sağlam ol 762

Artıq uşaqlara DÜZ OTUR deməyəcəksiniz

Artıq uşaqlara DÜZ OTUR deməyəcəksiniz


Masanın arxasında əyləşəndə insanların əksəriyyəti özündən asılı olmayaraq belini əyir.
Uşaqlıqdan biz eşidirik ki, belə oturmaq ziyanlıdır, bu onurğanı korlayır və s. İllər keçir və biz artıq öz uşaqlarımıza "Oturanda belini düz tut!", "Oturanda əyilmə!" kimi əmrləri verməyə başlayırıq.
Oturanda beli düz saxlamaq ən vacib sağlamlıq qanunlarından biri kimi beynimizdə həkk olunub. Lakin Avstraliya alimlərinin son araşdırması bu yazılmayan qanunu şübhə altına alıb. Belə ki, Kvinslend Universiteti alimlərinin araşdırması göstərib ki, oturanda beli düz saxlamaq... ziyanlıdır.
Eksperimentlər zamanı məlum olub ki, oturanda belini düz saxlayan insanın onurğasına güc düşür və məhz bu poza oturma zamanı onurğa üçün ən ziyanlıdır. Həmçinin belə poza hamıda diskomfort yaradır.
Alimlər oturaq işlə məşğul olan insanlara, şaqird və tələbələrə sadəcə daha tez-tez ayağa qalxıb bir qədər gəzişməyi və bellə stulun arasına kiçik yastıq qoymağı tövsiyə edirlər. Müasir ortopedik ofis kresloları da bu işdə bizə yaxşı kömək edə bilər.

Son xəbərlər