14
августа
2022
15:32
DİQQƏT! Bu proqram telefonunuzda varsa təcili silin! - SİYAHI
Bəzi proqramlar kredit kartınızdan pul oğurlaya bilər.
Xəzərxəbər xarici mediaya istinadən xəbər verir ki, "Google Play Store"da 8 proqram istifadəçilərin kredit kartlarından pul oğurlayır. Proqramların ümumi yüklənməsi 3 milyondan çoxdur. Mütəxəssislər həmin proqramları "silin" deyə xəbərdarlıq edib.
Təhlükəsizlik mütəxəssisləri həm telefonunuzu, həm də pulunuzu qorumaq üçün aşağıdakı proqramları dərhal silməyi tövsiyə edir:
1.Razer Keyboard & Theme
2.Vlog Star Video Editor
3.Funny Camera
4.Coco Camera
5.Creative 3D Launcher
6.GIF Keyboard
7.Freeglow Camera
8.Wow Camera