04
июля
2017
02:08
Gəncədə qəribə hadisə - Ciyərin içindən civə çıxdı
Gəncə sakinləri zəhərlənib.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, şəhər sakini, 1965-ci il təvəllüdlü Məmmədova Nailə, onun oğlu 1993-cü il təvəllüdlü Məmmədov Ehtiram və qadının baсısı oğlu, 1980-ci il təvəllüdlü Paşayev Anar zəhərlənmə əlaməti ilə xəstəxanaya yerləşdiriliblər.
Müayinə zamanı onaların сivədən zəhərləndiyi məlum olub. Demələrinə görə, onlar Tovuz rayonu ərazisində heyvan qaraciyəri alıblar və evdə onu bişirib yedikdən sonra zəhərləniblər. Həmçinin qaraciyəri sıxan zaman içərisindən civə çıxdığını deyiblər.