30
июня
2017
11:48
Bakıda 3-cü mərtəbədən yıxılan uşaq öldü
Ötən gün Bakının Xətai rayonunda 3-cü mərtəbədən yıxılan uşaq ölüb.
BAKU.WS-in report.az-a istinadən verdiyi məlumata görə, hadisə N.Əliyev küçəsində yerləşən binada baş verib.
Üçüncü mərtəbədə yaşayan 2014-cü il təvəllüdlü Bəydəmirli Rəvan Elşən oğlu nəzarətsiz qalaraq pəncərəni açıb və oradan yerə yıxılıb. Uşaq 1 saylı Kliniki Tibbi Mərkəzin Reanimasiya şöbəsinə yerləşdirilib və bu gün dünyasını dəyişib.