Bakıda bu bazara kişilərin şortiklə girişi QADAĞAN EDİLDİ
Xeberler 283

Bakıda bu bazara kişilərin şortiklə girişi QADAĞAN EDİLDİ

Bakının Lökbatan qəsəbəsində yerləşən "Meyvəli bazar"a kişilərin şortiklə daxil olması qadağandır.
Lent.az xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə paylaşılıb.
Belə ki, bazarın girişində "Şortiklə bazara daxil olmaq qadağandır!( bəylər üçün)" yazılmış elan geniş müzakirələrə səbəb olub. Qadağanın qoyulması sosial media istifadəçiləri tərəfindən tənqidlə qarşılanıb.
Maraqlısı ilə bu qadağanın yalnız kişilərə aid edilməsidir.

Bununla ilə bağlı Modern.az-a açıqlama verən "Meyvəli bazarı"nın direktoru Anar Novruzov məsələyə aydınlıq gətirib.
O, müzakirələrə yol açan elanın doğru olduğunu təsdiqləyib. A.Novruz bildirib ki, bazar ictimai yer olduğundan belə geyimlə bura gəlmək yolverilməzdir:
"Bəzən çimərlik paltarında bazara gəlirlər. Belə hal yolverilməzdir. Azərbaycanlıyıq, hamımızın anası-bacısı gəlir bazara. Kiminsə elə geyinməsi yaxşı hal deyil. Dənizdən alt paltarında çıxıb, bura gələnlərin qarşısını almaq üçün bu bildirişi asmışıq. Elə də ciddi məsələ deyil".

Son xəbərlər