24
июля
2022
19:28
ABŞ dünya ictimaiyyətini meymunçiçəyi ilə mübarizə aparmağa çağırır
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) meymunçiçəyinin yayılmasını ictimai sağlamlıq üçün fövqəladə vəziyyət elan etmək qərarı dünya ictimaiyyəti üçün hərəkətə çağırışdır.
"Report" "İnterfaks"a istinadən xəbər verir ki, bu barədə Ağ Evin pandemiya məsələləri üzrə koordinatoru Rac Pəncabi bildirib.
O qeyd edib ki, ABŞ Prezidenti Cozef Bayden administrasiyası ölkədə xəstəliyə qarşı mübarizə strategiyasını təsdiqləyib. Pəncabinin sözlərinə görə, bu, vaksinlərin alınması və istehsalının həcminin artırılmasını, həmçinin onların ölkə daxilində yayılmasını nəzərdə tutur.
"Meymun çiçəyinin yayılmasını dayandırmaq, xəstəliyə yoluxma riski yüksək olan icmaları qorumaq və hazırkı epidemiyaya nəzarət etmək üçün əlaqələndirilmiş beynəlxalq reaksiya lazımdır", - Ağ Ev rəsmisinin yaydığı bəyanatda deyilir.
Daha əvvəl ÜST-ün rəhbəri Tedros Adanom Qebreyesus meymunçiçəyi xəstəliyinin yayılmasını qlobal sağlamlıq vəziyyəti elan edib.