Dərinizdəki göyərmələri bu üsullarla sağaldın
Maraqlı ve Meslehetli 255

Dərinizdəki göyərmələri bu üsullarla sağaldın

Hər hansı bir yerə zərblə və ya bilmədən dəydikdə bədənin müxtəlif bölgələrində göyərmə yaranır. Xüsusən yay aylarında bu izlər görüntü olaraq da insanı narahat hiss etdirir.
Axşam.az bədəndə yaranan bu tip göyərmələri aradan qaldıran üsulları təqdim edir.
1) Soğan
Soğanı dilimləyin və göyərmiş yerə çəkin. Müntəzəm olaraq bunu etsəniz ağrı və şişkinlik qısa zamanda azaldacaqdır.
2) Sarımsaq
Sarımsağın suyunu göyərmiş yerə çəkərək sağalmasına yardımçı ola bilərsiniz.
3) Sirkə
Sirkə dəridə qan axını artıraraq yaranın daha tez sağalmasına kömək edir. Bunun üçün sirkəni ilıq su ilə qarışdırmaq və müntəzəm olaraq göyərmiş yerə sürtmək kifayətdir.
4) Zəncəfil
İltihab əleyhinə istifadə olunan zəncəfili əzin və zədəli bölgəyə çəkin. Onu zeytun yağı ilə qarışdırıb tətbiq etmək də mümkündür.
5) Cəfəri
Cəfərini yaxşıca əzib əzilmiş bölgəyə çəkin. 5 dəqiqədən sonra ilıq su ilə yuyun. Bu, həm göyərmiş nahiyədəki ağrıları azaldır, həm də dərinin tez sağalmasını təmin edir.
6) Duz
Göyərmiş yerə duz çəkib bir müddət gözləyin.
7) Ananas
Ananas bromelain həzm fermenti sayəsində toxumalarda qan və maye yığılmasına səbəb olan zülalları parçalayır.
8) Qaragilə
Qaragilə yağını yara olan yerə çəkməyiniz kifayətdir.
9) Banan
Banan qabığının iç hissəsini göyərən bölgəyə çəkərək onun daha tez sağalmasına kömək edəcəksiniz. Tətbiqdən əvvəl qabığı 10 dəqiqə soyuducuda saxlamaq effektini daha da artıracaqdır.
10) Aloe vera
Dəri problemlərində istifadə olunan bu bitki əzilmiş nahiyələt üçün də müalicəvi xüsusiyyətə malikdir.

Son xəbərlər