Azərbaycanlı alim İranda edam EDİLƏCƏK
Hadisə 301

Azərbaycanlı alim İranda edam EDİLƏCƏK

İran Ali Məhkəməsinin qərarı ilə İsrailin xarici kəşfiyyatına ("Mossad") casusluqda ittiham olunan İran və İsveç vətəndaşı, əslən Azərbaycan türkü Əhmədrza Cəlali mayın 21-dək edam ediləcək.
Qeyd olunub ki, Ali Məhkəmə Əhmədrza Cəlalinin İsrailin xeyirinə casusluq etdiyi üçün barəsində çıxarılan edam hökmünü təsdiqləyib.
Bildirilib ki, hökm mayın 21-dək icra olunacaq.
Məlumata görə, onun İranın nüvə proqramı ilə bağlı İsrailə ötürdüyü məxfi informasiyalar nəticəsində iranlı iki nüvə alimi öldürülüb.
Onlardan biri İranın aparıcı nüvə fiziki Möhsün Fəxrizadədir. Alim 2020-ci ilin noyabrın 27-də öldürülüb. İran tərəfi iddia edib ki, onun ölümündə İsrailin xüsusi xidmət orqanları iştirak edib.
Qeyd edək ki, Güney Azərbaycandan olan alim Əhmədrza Cəlali 2016-cı ilin may ayında Tehran Universitetinin dəvəti ilə İrana səfəri zamanı saxlanılıb. O, İsrailin xeyrinə casusluq ittihamı ilə həbs edilib. Daha sonra 2017-ci ildə məhkəmə alimi edama məhkum edib. Qərar daha sonra İran Ali Məhkəməsi tərəfindən də təsdiq edilib.
Əhmədrza Calali tibb məktəbini bitirdikdən sonra İranda Təbii Fəlakətlər Mərkəzində çalışıb. O, təhsilini davam etdirmək üçün 2009-cu ildə İsveçə köçüb və doktorluq dərəcəsi alıb. Ə.Cəlali professorluğunu İtaliyada Pierre Mento Universitetində bitirdikdən sonra həyat yoldaşı və iki uşağı ilə İsveçə məskunlaşıb. Onun Pierre Mento Universitetindəki layihəsi az inkişaf etmiş ölkələrdə zəlzələ, sel və s. kimi təbii fəlakətlərdə tibbi mərkəzlərin fəaliyyətini yaxşılaşdırmaq olub./Oxu.az

Oxşar xəbərlər

Son xəbərlər