Пятница
апр 29

Çində yayılan yeni virusun simptomu məlum oldu - Bunlar sizdə varsa, təcili...

Çində koronavirusdan sonra yeni yaranan virusun əsas simptomu məlum olub.
AZXEBER.COM xəbər verir ki, dünyada 6 milyondan çox insanın ölümünə səbəb olan koronavirus yavaş-yavaş öz qüvvəsini itirsə də, virusun mənşəyi Çində narahatedici bir virus daha yaradıb. Henan əyalətinin Zhumadian şəhərində bir uşaqda "H3N8" virusuna ilk yoluxma halı aşkarlanıb.
Çin Milli Səhiyyə Komissiyası xalqa ölü və ya xəstə quşlardan uzaq durmaq barədə xəbərdarlıq edib.
Çin Milli Səhiyyə Komissiyasının açıqlamasında bildirilir ki, virus konkret olaraq insanların tənəffüs yollarında olan zülalı hədəf alır və orada məskunlaşır. H3N8-in ən diqqət çəkən əlamətinin yüksək hərarət olduğunu vurğulayan mütəxəssislər tənəffüs çətinliyinin simptomlar arasında olduğunu qeyd edirlər.

Комментарии (0)

Оставить комментарий