Dünyanın ən yaxşı 3 aşpazı - "Michelin Star" - FOTO
Kulinariya 402

Dünyanın ən yaxşı 3 aşpazı - "Michelin Star" - FOTO

2020-ci ilə qədər ən çox "Michelin Star" mükafatını qazanan 3 ən yaxşı dünya aşpazını təqdim edir:

⭐Martin Berasategi: O, dünyanın ən çox "Michelin Star" mükafatını alan İspan aşbazıdır. Onun kulinariya karyerası 14 yaşında başlayıb. Bu gün onun 7 restoranının 12 "Michelin Star"ı var.
⭐Pyer Qagneyr: O, "fusion" mətbəx hərəkatının qabaqcıllarından biridir. Onun işlədiyi, yaxud sahibi olduğu və müasir fransız mətbəxi üzrə ixtisaslaşdığı restoranlar çoxsaylı "Michelin Star" mükafatı alıb. Pyer həmçinin 2015-ci ildə dünyanın ən yaxşı aşpazı mükafatını qazanıb.
⭐Qordon Ramsey: O, dünyanın ən yaxşı aşpazlarından biridir. 10-dan çox restoranı olan Ramseyin "Ramsay's London", "Chelsea" restoranları 3 "Michelin Star"la təltif olunub. Eyni zamanda, Qordon hazırladığı televiziya verilişləri ilə məşhurdur.
Xatırladaq ki, "Michelin Star" bir restoranın ala biləcəyi ən vacib mükafatlardandır.
AYSEL SƏFƏRZADƏ


Oxşar xəbərlər

Son xəbərlər