28
марта
2022
14:50
Ayaz Mütəllibov kim idi? - DOSYE
Ayaz Mütəllibov 84 yaşında vəfat edib.
Xatırladaq ki, müstəqil Azərbaycan Respublikasının ilk prezidenti Ayaz Niyazi oğlu Mütəllibov 12 may 1938-ci ildə Bakıda anadan olub. Əslən Şamaxının Sarıtorpaq məhəlləsindəndir. 1962-ci ildə Azərbaycan Neft-Kimya İnstitutunu maşınqayırma ixtisası üzrə bitirib.
1974–1977-ci illərdə "Bakelektroməişətmaş" istehsalat birliyinin baş direktoru olub.
1989-cu ilin yanvarından Azərbaycan SSR Nazirlər Sovetinin sədri olub, 1990-cı ilin yanvar ayında Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi, daha sonra, 1990-cı il may ayının 18-də Azərbaycan SSR Ali Soveti tərəfindən yeni təsis olunmuş Azərbaycan SSR-nin prezidenti vəzifəsinə seçilib.
1991-ci il sentyabrın 8-də ümumi seçkilərdə Azərbaycan Respublikasının prezidenti seçilib.
1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda ermənilər rus ordusunun köməkliyi ilə dəhşətli qətliam törədirlər, azərbaycanlıları soyqırıma məruz qoyurlar.
Bu faciədən sonra Milli Məclisdə xalqın dəstəyini qazanan o vaxtkı müxalifət növbədənkənar sessiyanın çağırılmasına nail olur və Ayaz Mütəllibovu tutduğu vəzifədən istefa verməyə məcbur edir, nəticədə 1992-ci il martın 6-da istefa verir.
O vaxtdan etibarən eks prezident Ayaz Mütəllibov 1992-ci ildən 2012-ci ilə qədər Moskvada yaşayıb. 2012-ci ildə yenidən Azərbaycan qayıdıb.
Azərbaycan Sosial Demokrat Partiyasının həmsədri olub.
Eks prezident 2012-ci il iyunun 30-da Azərbaycan Sosial Demokrat Partiyasında tutduğu vəzifədən və siyasətdən getdiyini bəyan edib.