Mehman Hüseynova 2 il həbs verilib.
Suraxanı rayon Məhkəməsi onun 2 il müddətinə azadlıqdan məhrum edilməsiu barədə qərar verib.
Martın 2-də Suraxanı Rayon Məhkəməsində bloqqer Mehman Hüseynova 3 il həbs istənilib. Bu haqda məhkəmədə bloqqeri məhkəməyə vermiş Nəsimi Rayon Polis İdarəsinin rəisi Musa Musayevin nümayəndəsi Əlirza Əbilov çıxışında bildirib.
İddiaya baxan hakim Ceyhun Qədimovun sədrliyilə məhkəmə heyəti müşavirəyə gedib.
Qeyd edək ki, Mehman Hüseynov yanvarın 9-da axşam saatlarında saxlanmışdı. Polisin qanuni əmrinə tabe olmamaqda günahlandırılan bloqqer bir gün sonra 200 manat cərimə edilməklə sərbəst buraxılmışdı.
Nəsimi Rayon Məhkəməsinin qərarında bloqqerin 200 manat cərimə edilməsi ilə yanaşı, onun şikayətinin prokurorluqda araşdırılması da öz əksini tapıb.
Yanvarın 11-də M.Hüseynovun vəkili onun bədənində xəsarət yerlərinin və paltarında qan ləkələrinin əks olunduğu fotoları yaymışdı.
Ancaq Daxili İşlər Nazirliyi bloqqerə polisdə işgəncə verilməsi ilə bağlı deyilənləri əsassız sayıb.
azadlıq.org