Kamil Zeynallının həbs səbəbi məlum oldu - RƏSMİ
Şou-biznes 619

Kamil Zeynallının həbs səbəbi məlum oldu - RƏSMİ

Fitnes məşqiçisi Kamil Zeynallı barəsində məhkəmənin qərarı ilə 30 sutka həbs cəzası çıxarılıb.
Bu barədə BAKU.WS-in bölgə müxbirinə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupunun Baş inspektoru Eşqin Qasımov bildirib. Onun sözlərinə görə K.Zeynallı qanuna tabe olmayıb.
"13 dekabr axşam saatlarında vətəndaş Zeynallı Kamil Heybət oğlu Göygöl rayon Polis Şöbəsinin Toğanalı kəndində yerləşən stasionar postuna yaxınlaşaraq işğaldan azad edilən Kəlbəcər rayonuna getmək istəyib.
Polis əməkdaşları K.Zeynallıya izah edib ki, yalnız xüsusi icazəyə malik olan dövlət qurumlarının əməkdaşları həmin əraziyə keçə bilər, mülki şəxslərin həmin əraziyə keçməsi qadağandır. Lakin K.Zeynallı öz məqsədində israr etmiş və polisin qanuni tələbinə tabe olmamışdır.

Bu səbəbdən saxlanılaraq Gögöl rayon Polis Şöbəsinə gətirilib.
Barəsində İnzibati Xətalar Məcəlləsinin 535.1 ci maddəsi ilə protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilib. Göygöl rayon Məhkəməsinin qərarı ilə K.Zeynallı 30 sutka həbs edilib", - deyə E.Qasımov bildirib.

Son xəbərlər