27
февраля
2017
01:49
Məsciddən 500 manatlıq qazan oğurlanıb
Lənkəranda məsciddən oğurluq edilib.
BAKU.WS-in APA-ya istinadən verdiyi məlumata görə, hadisə rayonun Səpnəkəran kəndində qeydə alınıb. Ötən gecə kəndin məscidinə naməlum şəxs və ya şəxlər daxil olub. Oradan 4 ədəd sovet dönəmindən qalan təqribən 500 manat dəyərində qazan oğurlanıb.
Məsciddən başqa əşya və ya əşyaların oğurlanıb-oğurlanmaması məlum deyil.
Fakt bağlı araşdırma aparılır.