15
октября
2021
12:29
Müstəqilliyi möhkəmləndirən əsas faktor
1991-ci ildə Sovet hakimiyyətinin dağılması ilə müttəfiq dövlətlər öz respublikalarını qurmağa başladılar. Azərbaycan da 1991-ci il oktyabrın 18-də dövlət müstəqilliyi haqqında Konstitusiya aktını qəbul etdi. Lakin həmin dövrdə ölkəni, idarə edənlərin müstəqillik və milli inkişaf barədə aydın konsepsiyasının olmaması, rəhbər şəxslərin səriştəsiz siyasəti, ölkədə pozulan sabitliyi və qanunçuluğu bərpa edə bilməmələri, müstəqillik uğrunda mübarizənin kənar qüvvələrin də təsiri ilə gözlənilmədən vətəndaş qarşıdurması müstəvisinə keçməsi Azərbaycanı ciddi təhlükələrlə üz-üzə qoyur, əhalinin gələcəyə, müstəqil dövlətçiliyə inamını ciddi şəkildə sarsıdırdı. Digər tərəfdən, yaranmış vəziyyətdən sui-istifadə edən Ermənistan Azərbaycana hərbi təcavüz edərək bir-birinin ardınca torpaqlarımızı işğal edir, yerli əhalini qaçqın-köçkün vəziyyətinə salırdı ki, bu da ölkədə günü-gündən artan iqtisadi, siyasi, sosial-mənəvi böhranı getdikcə dərinləşdirirdi. 1990-cı illərin əvvəlində keçmiş SSRİ-nin dağılmasından sonra yaranan gərgin vəziyyətin təhlili bir daha göstərir ki, xalqımızın güclü, təcrübəli liderə ehtiyacı var idi.
Belə bir mürəkkəb, çətin dövrdə xalqımız öz xilaskarına, milli liderinə-Heydər Əliyevə üz tutdu. Heydər Əliyev 1990-cı ildən başlayaraq Azərbaycanın dövlət müstəqilliyinin bərpa olunması və qorunub saxlanılması prosesində ölçüyəgəlməz xidmətlər göstərib. 1990-cı ilin əvvəllərində Azərbaycan xalqının ciddi və taleyüklü problemlər qarşısında dayandığı bir dövrdə Heydər Əliyev öz həyatını təhlükə qarşısında qoyaraq milli mübarizə meydanına atılmış, Azərbaycanın müstəqil dövlətçiliyinin, milli birliyinin qorunub saxlanılmasında misilsiz tarixi xidmətlər göstərmiş, xalqı məhv olmaq təhlükəsindən xilas etmək missiyası həyata keçirmişdir. 1990-cı ilin məlum 20 Yanvar hadisələrindən sonra ittifaq miqyasında ilk kəskin reaksiya verən məhz Heydər Əliyev olmuşdu. Ulu öndər həmin vaxt Azərbaycanın Moskvadakı nümayəndəliyinə gedərək mətbuat konfransı keçirmiş, Bakıda qanlı faciəni törədənləri kəskin tənqid etmişdir.
Ölkəmizin müstəqilliyinin ilk illərində Xəzərin karbohidrogen ehtiyatlarının dünya bazarlarına çatdırılmasını nəzərdə tutan layihələrin reallaşması heç də asanlıqla başa gəlməmiş, müxtəlif beynəlxalq, regional və yerli geosiyasi maraqların toqquşması ilə müşahidə olunmuşdur. Lakin Azərbaycanın tam müstəqil geosiyasi, geoiqtisadi və təhlükəsizlik siyasəti, prinsipial və qətiyyətli mövqeyi Asiya ilə Avropanı birləşdirən böyük enerji-nəqliyyat layihələrinin həyata keçirilməsini mümkün etdi. Ümummilli lider ölkəmizin beynəlxalq qurumlara inteqrasiyası istiqamətində də aktiv siyasət aparmağa başladı. Avropa İttifaqı, NATO ilə tərəfdaşlığa dair sazişlər imzalandı, 2001-ci ildə Azərbaycan Avropa Şurasının tam hüquqlu üzvü oldu. Bununla da dövlətimiz beynəlxalq aləmdə mühüm tribuna əldə etdi. Və öz həqiqətlərini, məruz qaldığı işğal, qaçqın, köçkün problemini daha açıq şəkildə Avropaya çatdıra bildi. Heydər Əliyevin 1993-2003-cü illərdə irəli sürdüyü ideya və fikirlər, iqtisadi, siyasi və sosial-mənəvi sahədə reallaşdırdığı kurs və praktiki tədbirlər ölkəmizdə bir ictimai-siyasi sistemdən digərinə keçidin, yeni demokratik cəmiyyətin və ictimai həyat normalarının əsaslarını yaratdı. Dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümünə həsr olunmuş rəsmi qəbulda çıxışı zamanı Prezident İlham Əliyevin dediyi kimi, bütün bu addımlar müstəqillik yolunda atılan addımlardır: "Digər tərəfdən bütün bu addımlar onu göstərir ki, ulu öndər Heydər Əliyev Azərbaycanın dövlət müstəqilliyinin təşəbbüskarıdır, onun banisidir".
Fuad Heydər - politoloq