Başına daş düşərək ölən yeniyetmənin ölümü ilə bağlı cinayət işi başlandı
Hadisə 1 688

Başına daş düşərək ölən yeniyetmənin ölümü ilə bağlı cinayət işi başlandı



Bakıda binanın fasadında başına daş düşən yeniyetmənin ölümü ilə bağlı cinayət işi başlanıb.

MAY.AZ BAKU.WS-ə istinadən xəbər verir ki, Səbail rayon prokurorluğundan bildirilib ki, aprelin 30-da 2006-cı il təvəllüdlü Şabanov Əli Mahir oğlunun üzərinə paytaxtın Səbail rayonu ərazisində binanın fasadından daş parçasının düşməsi nəticəsində mayın 5-də onun müalicə aldığı Respublika Neyrocərrahiyyə Xəstəxanasında vəfat etməsi faktı ilə bağlı Səbail rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Son xəbərlər