14
февраля
2021
16:00
Ötən gün Biləsuvarda piyadanı vurub qaçan avtomobil tapılıb
Ötən gün Biləsuvar rayonunda piyadanı vuraraq hadisə yerindən uzaqlaşan avtomobilin sürücüsü müəyyən edilib.
"Report"un məlumatına görə, rayon polisi nəqliyyat vasitəsinin "Niva" markalı minik avtomobili olduğunu bildirib.
Qeyd edək ki, hadisə dünən Biləsuvar-Bəhrəmtəpə avtomobil yolunun Biləsuvarın Nəsimikənd kəndindən keçən hissəsində qeydə alınıb. Nəsimikənd kənd sakini, 1985-ci il təvəllüdlü Sadıqov Rauf Akif oğlunu avtomobil vurub. Daha sonra avtomobil hadisə yerindən uzaqlaşıb.
Yaralı Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağll araşdırmalar davam etdirilir.