Təbii sağlam dondurmanı necə tanıyaq?
Maraqlı ve Meslehetli 8

Təbii sağlam dondurmanı necə tanıyaq?

Yay fəslinin sevimlilərindən biri də məhz dondurmalardır. Bəzi dondurmalar mağazada, bəziləri isə açıq günəş şüaları altında satılır. Bu da insan sağlamlığına nə dərəcə zərərlidir, sağlam dondurmanı necə tanıyaq?

Mövzu ilə bağlı BiG.AZ-a qida üzrə ekspert Ağa Salmanov deyib.

O bildirib ki, dondurma süd məhsulundan hazırlandığı üçün riskli qidalara daxildir və düzgün dezinfeksiya olunmayan avadanlıqlardan çarpaz çirklənmə nəticəsində məhsulda bulaşma baş verir.

"Bəzən istehlakçılar soyuducudan dondurma alarkən soyuducuların qapağını açıq qoyurlar. Bu zaman isti hava kütləsi dondurucuya daxil olur və dondurmalar əriyir. Nəzərinizə çatdıraq istəyirəm ki,bir dəfə donu açılıb, ikinci dəfə dondurulan dondurmalar təhlükəlidir və qida zəhərlənməsinə yol açır. Bu generator ilə təmin olunmayan müəssisələrə də aiddir. Elektrikin getməyi nəticəsində də soyuducularda temperatur dəyişir ki, buda dondurma ilə yanaşı başqa riskli məhsulların donunun açılmasına səbəb olur.

Əgər dondurma qablaşdırması deformasiyaya uğrayıbsa və ya ağızda buz kristalları hiss olunursa, bu cür dondurmalardan uzaq olmaq lazımdır. Bəzən soyuducunun ən alt qatında qalan dondurmaların vaxtı keçmiş olur. Buna diqqət etmək üçün isə , istehlakçılar mütləq dondurmaların son istifadə tarixinə nəzər salmalıdırlar".




Oxşar xəbərlər

Son xəbərlər