31
января
2017
16:10
Qafqaz universiteti FETO-çu universitet elan olundu
İstanbul Respublika Baş Prokurorluğu Terror və Mütəşəkkil Cinayətlər Bürosu FETO terror təşkilatı ilə əlaqəsi olan universitetlər barəsində iddianamə qəbul edib.
BAKU.WS xəbər verir ki, iddianaməyə görə, FETO-nun ölkə xaricində fəaliyyət göstərən universitetlərinə geniş yer verilib. Bildirilib ki, terror təşkilatı universitetlərdə oxuyan tələbələr xüsusi evlər və yataqxanalar təsis edib ki, onlara bu evlər və yataqxanalarda tələbə qardaşları və bacıları tərəfindən təşkilati təhsil verilib.
Həmin universitetlər siyahısına isə Azərbaycanda fəaliyyən göstərən "Qafqaz" universitetinin də adı daxil edilib.
Siyahıda ölkə xaricində fəaliyyət göstərən-Amerika İslam Universiteti və Beynəlxalq Virciniya Universiteti, Albaniya - Bədr Universiteti, Azərbaycan-Qafqaz Universiteti, Gürcüstan -Beynəlxalq Qara dəniz Universiteti, Qazaxıstan -Süleyman Dəmirəl Universiteti, Qırğızıstan -Atatürk-Alatoo Universiteti, Türkmənistan- Halkara Türkmən -türk Universiteti, Rumıniyanın Cənub-şərqi Avropa Lumina Universiteti, Bosniya-Herseqovina - Bürc Universiteti, İraq-İşıq Universitetinin adları var.
Aynur Ələkbərova