""Alfons" olmaq istəyirsizmi?" elanı verib, 98 kişini aldatdılar - FOTO
Hadisə 507

""Alfons" olmaq istəyirsizmi?" elanı verib, 98 kişini aldatdılar - FOTO



Balıkəsir şəhərində 98 kişi fırıldağa məruz qalıb.
BiG.AZ xəbər verir ki, bir şəx "alfons" olmaq vədi ilə aldadıldıği barədə polisə məlumat verib.
Həmin şəxin şikayətindən sonra polis əməkdaşları əməliyyat keçirib və 98 kişini "alfons" olmaq vədi ilə aldadan 47 nəfəri tutub.
Saxlanılan şəxslərin internetdə "Həftədə 2 min lirə qazanmaq üçün "alfons" olmaq istərdinizmi?" elanı verərək kişiləri aldadıb, qeydiyyat haqqı adı ilə pul yığdıqları müəyyənləşib.
Belə ki, həmin elan üçün qeydiyyatdan keçən kişilərə sizi bəyənən qadin olarsa sizə məlumat verəcəyik deyilib.
Qeydiyyatdan keçən kişilərin şubhələnməməsi üçün qadınlar onların şəxsi nömrələrinə zəng edib telefonla danışdırılıb.
Hadisə ilə bağlı istintaq davam edir./Unikal.org

Son xəbərlər