12
января
2017
16:19
Mehman cəriməni 1 kisə qəpiklə ödəyəcək (FOTO)
İki gün öncə məhkəmə qarşısına çıxan bloger 1,3 və 5 qəpiklik toplamaq üçün aksiyaya başlayıb
Bir neçə gün öncə axşam saatlarında yoxa çıxan gənc bloger Mehman Hüseynov polisə müqavimətə görə ona təyin edilən cəzanı ödəmək qərarına gəlib. Bu barədə o öz "Facebook" səhifəsində məlumat verib.
"Məhkəmədən çıxan kimi bildirdim ki, o pulu verən deyiləm, 200 manatı gedib kasıb, imkanı olmayan insanlara və ya uşaq evinə verərəm. Amma dostlar ürəyim dözmədi, mən yenə də insanlıq eləmək istəyirəm.
Sadəcə bir problem var, onlar o 200 manat pulu kağızla yox, 1 kisə dolu 1-3 qəpikliklə alacaqlar. 1 qəpiklə hesablasaq 200 manat 20 000 qəpik edir. Bir az vaxt aparacaq, çətin olacaq amma bunu edəcəm".
Bloger bu gündən 1,3 və 5 qəpiklik toplamaq üçün aksiyaya başladığını elan edib. "Bunun üçün heç nə etmək lazım deyil. Evdən çıxarkən hər bir kəs cibinə o qəpiklərdən qoysun. Mən onsuzda çöl adamıyam, çəkilişlərə ora-bura gedirəm, bütün Bakını, rayonları gəzirəm. Məni harada görsəniz qəpiklərinizi verin".