"Yanvarın 18-dən bəzi qadağalar götürülə bilər"
Xeberler 470

"Yanvarın 18-dən bəzi qadağalar götürülə bilər"


"Yoluxma sayının həddindən artıq azalması rəsmi məlumatlardır. Bu rəqəmlər reallığı əks etdirmir".
MAY.AZ bildirir ki, bunu qaynarinfo-ya açıqlamasında professor Adil Qeybulla deyib. Onun sözlərinə görə, bu gün COVİD-19-a yoluxanların sayı deyilənlərdən çoxdur:
"Çünki çox adam daha aidiyyatı qurumlara müraciət eləmir. Bu gün vəziyyət belədir ki, Abşeron yarmadasında əhalinin böyük əksəriyyəti xəstələnib.
Koronavirusun toxunmadığı ailə yoxdur. Bu, gözlənilən idi".
Adil Qeybulla bildirib ki, sərt karantin tədbirlərinin də əhəmiyyətini etiraf etmək lazımdır:
"Ünsiyyət azalıb. Düşünürəm ki, yanvarın 18-dən sonra bəzi qadağalar götürülə bilər. Bu gün qadağalar təkcə bizdə deyil, bir çox ölkələrdə var".

Son xəbərlər