Суббота
дек 26

Yasamalda yol qəzasında iki nəfər yaralandı



Bu gecə paytaxt Bakıda növbəti yol-nəqliyyat hadisəsi baş verib.
“Report”un məlumatına görə, hadisə Yasamal rayonu ərazisində qeydə alınıb.
İki avtomobilin toqquşması nəticəsində sərnişinlər, 1991-ci il təvəllüdlü Qocayev Təyyar Vidadi oğlu və 1989-cu il təvəllüdlü Əsədov Samir Feyruz oğlu xəsarət alıblar.
Yaralılar təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıblar.
Müayinə zamanı T. Qocayeva qapalı kəllə-beyin travması, S. Əsədova isə döş qəfəsinin küt travması diaqnozları qoyulub.
Hadisənin təfərrüatı araşdırılır.

Комментарии (0)

Оставить комментарий