Tarixdə bu gün 8 dekabr
Tarixdə bu gün 544

Tarixdə bu gün 8 dekabr

#TARİXDƏBUGÜN: 8 dekabr 1980-ci ildə əfsanəvi "Bitlz" qrupunun rəhbəri Con Lennon qətlə yetirilib.
1940-cı ildə Liverpulda anadan olan Con Lennon 1957-ci ildə "The Quarrymen" qrupunu yaradıb. Bir il sonra Pol Makkartni və Corc Harrison ona qoşulub və bu qrupun əsasında "Bitlz" (The Beatles) qrupu yaradılıb. 1970-ci ilə qədər fəaliyyət göstərən "Bitlz" qrupunun dünya üzrə 1 milyarddan artıq diski satılıb. Qrupun dağılmasından sonra Con Lennon solo karyerasını davam etdirib. 1971-ci ildə ən populyar solo albomu hesab edilən "Imagine" işıq üzü görüb.
1980-ci il dekabrın 8-də 40 yaşlı Lennon evinin qarşısında pərəstişkarı Mark Deyvid Çepmen tərəfindən öldürülüb. Lennona arxadan 5 dəfə atəş açan Çepmen hadisədən bir neçə saat əvvəl ondan avtoqraf almışdı.
İllər sonra isə Çepmen məşhur "Mən tanınmış adam olmaq istəyən heç kim idim" (I was nobody who wanted to be somebody) etirafını edəcəkdi.


Hər gün həmin tarixdə baş vermiş hadisələrlə bağlı maraqlı məlumatlar üçün @butarixde kanalını izləyin.

Son xəbərlər