Koronavirusdan sağalanların plazmasının xəstələrin müalicəsində faydasızlığı ortaya çıxdı
Sağlam ol 453

Koronavirusdan sağalanların plazmasının xəstələrin müalicəsində faydasızlığı ortaya çıxdı

Koronavirusdan sağalanların plazmasının xəstələrin müalicəsində faydasızlığı ortaya çıxdı


Koronavirusdan sağalanların plazmasının yeni yoluxanların müalicəsində faydasız olduğu ortaya çıxıb.

Lenta.ru-nun məlumatına görə, elm adamlarının bununla bağlı apardıqları tədqiqatların nəticələri "British Medical Journal" (BMJ) nəşrində dərc olunub.

Məlumata görə, Hindistanda apreldən iyuna qədər koronavirusa yoluxmuş 464 xəstə təcrübəyə qatılıb. Onların yarısına xəstəlikdən sağalanların plazması köçürülüb. İkinci yarısına isə klassik müalicə təyin edilib.

Məlum olub ki, qan plazması COVID-19-un ağır gedişini və ya ölüm riskini azaltmayıb.

Bununla belə, Böyük Britaniya Milli Səhiyyə Xidməti Hindistanda təcrübə zamanı İngiltərədə istifadə ediləndən 6-10 dəfə aşağı anticism səviyyəsinə sahib plazmadan istifadə edildiyini bildirib.(oxu.az)

Son xəbərlər