Çində koronavirusun müalicəsində YENİ ÜSUL
Sağlam ol 569

Çində koronavirusun müalicəsində YENİ ÜSUL

Çində koronavirusun müalicəsində YENİ ÜSUL


Honkonq Universitetinin alimləri koronavirusun müalicəsinin yeni yolunu kəşf ediblər.

MAY.AZ-ın verdiyi xəbərə görə, bu barədə "South China Morning Post" yazır.

Belə ki, xəstəlikdən sağalanların qanından götürülmüş anticismlərin köçürülməsi ifeksiyaya qarşı mübarizədə kömək ola bilər.

Çin mikrobioloqları Suriya dağsiçanları üzərində təcrübələr aparıblar. Onların bədənindəki ACE2 (angiotensinə çevirən ferment 2) zülalının quruluşu insanın bədənindəki ilə oxşardır.

Zülal virusun bədən hüceyrəsinə daxil olması üçün reseptor hesab olunur.

Yoluxmanın ilk həftəsində heyvanlar ağır simptomlarda müşahidə olunub: virus ağciyərlər, traxeya, immunitet sistemi və bağırsaqlara mənfi təsir edib. Sonra tədricən bəzi gəmiricilər sağalmağa başlayıb, çəkiləri bərpa olunub, qanlarında isə anticismlər əmələ gəlib.

Tədqiqatçılar onların qanını araşdırıb sağlam dağsiçanlarına köçürdükdən sonra koronavirusa yoluxdurublar.

Bu halda bədəndəki virus yükünün on qat daha az olduğu ortaya çıxıb.

Bundan əlavə, təcrübə zamanı məlum olub ki, yoluxmuş heyvanlar sağlamlarla eyni qəfəsdə olarkən virusu onlara ötürə bilər.

Hazırda alimlər müvafiq tədqiqatları insanlar üzərində aparmaq üçün tibbi etika komitəsindən təsdiq gözləyirlər.

Natəvan Baxşiyeva

Son xəbərlər