"General Həzi Aslanov" tankerində itkin düşmüş dənizçilərin axtarışları davam edir
Hadisə 490

"General Həzi Aslanov" tankerində itkin düşmüş dənizçilərin axtarışları davam edir

"General Həzi Aslanov" tankerində itkin düşmüş dənizçilərin axtarışları davam edir


Rusiyanın "General Həzi Aslanov" neft daşıyan tankerində partlayış zamanı itkin düşmüş 3 dənizçinin axtarışları davam etdirilir.

MAY.AZ xezerxeber.az-a istinadən xəbər verir ki, axtarışlar suda və havada helikopterlər vasitəsilə aparılır. Partlayış nəticəsində dənizçilərin suya düşdüyü ehtimal olunur.

Xatırladaq ki, oktyabrın 24-də Rusiyanın Azov dənizində üzən "General Həzi Aslanov" neft tankerində iki partlayış baş verib. Gəmidəki 13 heyət üzvündən 10-u xilas edilib, 3-ü itkin düşüb.

Tanker "Qafqaz" limanından Rostov limanına doğru hərəkət edirdi. İlkin məlumata görə, tankerdə yük olmayıb, partlayış neft məhsullarının buxarından yaranıb. Hazırda tanker Krasnodar diyarının İlyiç yaşayış məntəqəsi rayonuna gətirilib və sahibinə, Türkiyənin "Palmali Shipping Agency" şirkətinə qaytarılması məsələsi müzakirə olunur.

Son xəbərlər