Cəbhədən şiddətli atışma xəbəri gəldi: vəziyyət gərginləşib
Xeberler 904

Cəbhədən şiddətli atışma xəbəri gəldi: vəziyyət gərginləşib

Cəbhədən şiddətli atışma xəbəri gəldi: vəziyyət gərginləşib


Noyabrın 2-nə keçən gecə erməni silahlı bölmələri cəbhənin şimal-qərb istiqamətində yerləşən bölmələrimizin mövqelərini 60 millimetrlik minaatanlardan, qumbaraatanlardan və iriçaplı pulemyotlardan yenə də intensiv atəşə tutub.

Müdafiə Nazirliyindən May.Az-ə verilən məlumata görə, cavab tədbirləri nəticəsində düşmən susdurulub.

Bildiririk ki, qoşunların təmas xəttində vəziyyətin məqsədyönlü şəkildə gərginləşdirilməsinə görə bütün məsuliyyət Ermənistanın kriminal hərbi-siyasi rejiminin üzərinə düşür.

Azər Məmmədov

Son xəbərlər