25
октября
2020
03:50
Koronavirusun daha bir əlaməti tapılıb
Koronavirus infeksiyasının daha bir əlaməti aşkarlanıb. Bu, eşitmədə dəyişikliklərin baş verməsidir.
MAY.AZ e-tibb.az-a istinadən bildirir ki, London Universiteti Kolleci və Milli Kral Komitəsinin mütəxəssisləri bununla bağlı açıqlama veriblər. Bildirilib ki, eşitmədə zəifləmənin yaranması koronavirus infeksiyasına yoluxmanın siqnalı ola bilər. Alimlərin apardığı araşdırmaya görə, koronavirus diaqnozu qoyulmuş bir sıra xəstələr eşitmələrinin zəifləməsindən şikayətləniblər. Ağır koronavirus xəstələrində isə hətta tamamilə eşitmənin itməsi aşkarlanıb. Alimlər, məhz bu səbəbdən həkimlərin COVİD-19 xəstələrində eşitmə dəyişikliklərinə diqqət etmələrini tövsiyə ediblər.
Bildirilib ki, koronavirus diaqnozu qoyulanlara eşitmə ilə bağlı profilaktik tədbirlər də görülməlidir.