Swift Kodu və BIC Nədir?
Maraqlı ve Meslehetli 520

Swift Kodu və BIC Nədir?

Swift Kodu və BIC Nədir?


Swift - Beynəlxalq pul köçürmələrində istifadə olunan hər bankın özünə məxsus bir kod sistemidir.

Beynəlxalq ticarətdə SWIFT və ya eyni mənanı verən BIC ifadələri istifadə edilir.

Beynəlxalq bankçılıq heyətinin təxminən 40 il əvvəl almış olduğu bir qərardan sonra bankların pul köçürmələri kimi əməliyyatlarında istifadə edə bilmələri üçün ortaq bir dil seçmişdir. Bu dilin adı Swift kodu olaraq təyin edilmişdir.

Bank müştəriləri öz hesabından xaricdəki bir hesaba pul transfer etmək istədiyi zaman bu Swift kodunu daxil etməlidir. Öz bankanıza aid olan Swift kodunu istifadə edəcəyiniz təqdirdə pul köçürmələrini dəqiqələr içərisində reallaşa bilərsiniz.

SWIFT, "Society for Worldwide Interbank Financial Telecommunication" təşkilatının baş hərfləri, BIC isə "Bank Identifier Codes" (Bank Cookies Kodları) ifadəsinin baş hərflərindən ibarət olan qısaltmadır.

Kodlar mütləq böyük hərflərlə istifadə edilməlidir.

SWIFT, sözü gedən bankı ifadə edən 8 və ya 11-rəqəmli bir koddan ibarətdir. Bütün dünya bank sistemində bu kodlar standartdır. İlk 4 simvol bank kodunu, sonrakı 2 simvol ISO ölkə kodu (Ölkəmiz üçün AZ), sonrakı 2 simvol isə yerli kodu ifadə edir.

Hər bankın SWIFT (BIC) kodu standartdır, bankanıza aid BIC kodunu aşağıdakı siyahıya baxaraq öyrənə bilərsiniz.


Banklar
BIC Kodu / Swift Kodu

AccessBank ACABAZ22

AFB Bank AZFIAZ22

AGBank AZEGAZ22

Amrahbank AMRAAZ22

ASB Bank CAPNAZ22

Atabank ATAZAZ22

Azər Türk Bank AZRTAZ22

Bank BTB BBTBAZ22

Bank of Baku JBBKAZ22

Bank Respublika BRESAZ22

Bank Silk Way AZALAZ22

Beynəlxalq Bank IBAZAZ2X

Caspian Development Bank CDBBAZ22

Dəmirbank AZERAZ22

Expressbank AZENAZ22

Gunay Bank GUNAAZ22

Kapital Bank AIIBAZ2X

Muğanbank MUGAAZ22

NBC Bank NBCBAZ22

Nikoil Bank NICBAZ22

Paşa Bank PAHAAZ22

Rabitəbank RBTAAZ22

Turanbank TURAAZ22

Unibank UBAZAZ22

VTB Bank Azərbaycan VTBAAZ22

Xalq Bank HAJCAZ22

Yapı Kredi Bank Azərbaycan KABAAZ22

Ziraat Bankı TCZBAZ22

Son xəbərlər