Вторник
окт 13

Mixayıl Qusman Azərbaycana belə DƏSTƏK OLDU

Mixayıl Qusman Azərbaycana belə DƏSTƏK OLDU


Rusiyanın TASS İnformasiya Agentliyinin baş direktorunun birinci müavini Mixail Qusman Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə Yardım Fonduna ianə edib.

MAY.AZ xəbər verir ki, Qusman fonda 50 min dollar vəsait köçürüb.

Qeyd edək ki, Silahlı Qüvvələrə Yardım Fondu Azərbaycan Prezidentinin 17 avqust 2002-ci il tarixli fərmanı ilə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin müasir tələblər səviyyəsində inkişafını təmin etmək, maddi-texniki bazasının möhkəmləndirilməsi və zəruri sosial tədbirlərin maliyyələşdirilməsi məqsədi ilə yaradılıb.

Fond könüllü olaraq Azərbaycan ərazisində fəaliyyət göstərən hüquqi və fiziki şəxslər və Azərbaycan Respublikası Silahlı Qüvvələrinin maddi-texniki və sosial bazasının möhkəmləndirilməsinə maddi yardım məqsədi ilə qanunla qadağan olunmayan digər daxilolmalar vasitəsilə maliyyələşdirilir.

AYTƏN

Комментарии (0)

Оставить комментарий