31
октября
2016
00:02
“NAR” işçi axtarır – VAKANSİYA
“NAR” mobil operatoru korporativ satiş üzrə mütəxəssis vəzifəsinə işçi axtarır.
Tehsil.im-ın məlumatına görə, ali təhsilli, 2-3 il korporativ satış sahəsində təcrübəsi olan namizədlər vakansiya ilə bağlı müraciət edə bilərlər. İşlə bağlı son müraciət tarixi noyabr ayının 9-dur.
Əsas vəzifə və öhdəliklər:
• Yeni müştərilərin axtarışı, onlarla münasibətlərin inkişafı və müqavilə imzalanması ilə biznesin və gəlirin artımı üçün cəvabdeh olmaq
• Əsas ƏSG göstəricilərinin uğurlu icrası vasitəsilə Korporativ Satış Hədəflərinə çatmaq üçün aylıq fərdi məqsədlərə nail olmaq (rəhbərlik tərəfindən müəyyən edilməlidir)
• Potensial korporativ müştərilər və onlarla əlaqə vasitələrinin təyin olunması, onların cəlb olunması yolları ilə bağlı həftəlik planların hazırlanması
• Nar-ın bütün məhsulları və xidmətləri haqqında ətraflı biliklərə əsaslanaraq səfərlər, zənglər və elektron məktublar yolu vasitəsilə mövcud müştərilərə satışın artırılması məqsədi ilə təkliflər etmək
• CRM-in bütün məlumat bazasına nəzarət etmək
• Müqavilələrin tərtibatı, nömrələrin proqlamlaşdırılması və qeydiyyatı daxil olmaqla hər bir korporativ satış prosesini ilk mərhələsindən sona çatdırılmasına kimi idarə etmək
• Korporativ satış fəaliyyətinin və hesablarına dair müntəzəm və xüsusi hesabatının hazırlanması
• Bölümün Strateji və Əməliyyat Planında qeyd olunan və fərdi əməliyyat planlarında əks olunan bütün tapşırıqların yerinə yetirilməsi təşəbbüsünü öz üzərinə götürmək
• Təhlil olunmuş məlumata və intuisiyaya əsaslanaraq Marketinq, Texniki, İT və Azərtelekomla birlikdə yeni korporativ xidmətlərin, tariflərin və məhsullarin hazırlanması
Tələb olunan bilik, bacarıq və səriştələr:
• Bütövlük
• Müştəri yönümlü
• Komanda işi və əməkdaşlıq
• Nəticə yönümlü
• Davamlı təkmilləşmə
• Satış bacarığı
• Ünsiyyət qurma bacarığı
• Azərbaycan (Mükəmməl), Rus (Mükəmməl) və İngilis (orta) dillərini bilmək
• MS Office proqramlarını bilmək
Tələb olunan təhsil və iş təcrübəsi:
• Ali Təhsil
• 2-3 il Korporativ Satış sahəsində təcrübə üstünlük hesab olunur
Əlavə məlumat:
İş qrafiki: tam ştat
İş müddəti: daimi
Son müraciət tarixi: 09/11/2016
Müraciətlər hr@azerfon.az elektron ünvanına göndərilməlidir.Başlıqda Korporativ Satış üzrə Mütəxəssis qeyd olunmalıdır.