08
октября
2020
12:10
BakuBus-ın rəhbəri yenidən dəyişib
Bu ilin əvvəlindən Bakı Nəqliyyat Agentliyinə (BNA) məxsus BakuBus MMC-yə rəhbərlik edən İlqar İbrahimov vəzifəsindən azad edilib.
MAY.AZ xəbər verir ki, şirkətə rəhbərlik direktor müavini Azər Qasımova həvalə olunub.
Xatırladaq ki, BakuBus Nazirlər Kabinetinin 3 aprel 2014-cü il tarixli qərarı ilə Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində yaradılıb, ölkə prezidentinin 6 iyul 2018-ci il tarixli fərmanı ilə BNA-nın tabeliyinə verilib. Onun nizamnamə kapitalı 30 milyon manatdır. Şirkət paytaxtda avtobuslarla beynəlxalq standartlara uyğun sərnişindaşıma xidməti göstərir.